
Avro valyutasından istifadə edən 20 ölkə üçün faiz dərəcələri təyin edən Avropa Mərkəzi Bankı bu il rəqəmlərin blokda infilyasiyasının son üç ilin ən aşağı dərəcəsinə çatdığını bildirib, həmçinin iqtisadi artımın azaldığını bəyan edərək 16 oktyabrda borclanma xərclərini bir daha azaldıb.
Bankın faiz təyin edən şurası Frankfurt (Almaniya) qərargahında deyil, Sloveniyanın Llublyana şəhərində keçirilən iclasda etalon dərəcəsini 3,5%-dən 3,25%-ə endirib.
Qeyd edək ki, bu faiz endirimi iyun ayından bəri üçüncüdür. Sentyabrda inflyasiya 1,8%-ə enib, son üç ildə ilk dəfə ECB-nin 2%-lik hədəfindən aşağı olub.
Mənbə: Globalnews.ca
Tərcümə etdi: Səidə Abasova
