Bu gün:

Dünya sürətlə "elektrik dünyasına" çevrilir


Dünya qlobal elektrik tələbinin artması və təmiz enerji texnologiyalarının sürətlə böyüməsi ilə "elektrik dünyasına" çevrilir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) bu il yayımladığı Dünya Enerji Görünümü (WEO) hesabatı, geosiyasi qeyri-müəyyənliklərin, yeni texnologiyaların və iqlim dəyişikliyinin enerji təhlükəsizliyi üzərindəki təsirlərini araşdırır.

Hesabata görə, mövcud geosiyasi gərginliklər enerji sistemindəki zəiflikləri ortaya çıxarır və təmiz enerji keçidinin sürətləndirilməli olduğunu göstərir. Ölkələrin hazırkı siyasətləri nəzərə alınaraq, 2020-ci illərin ortalarından etibarən neft və mayeləşdirilmiş təbii qazda (LNG) təklif artımı gözlənilir, eyni zamanda günəş enerjisi və batareyalar kimi təmiz enerji texnologiyalarında əhəmiyyətli istehsal gücü olacaq.

2030-cu ildən əvvəl aşağı emissiyalı enerji mənbələrinin dünya elektrik tələbinin yarısından çoxunu qarşılaması proqnozlaşdırılır. Fosil yanacaqların, kömür, neft və təbii qaz daxil, 2030-cu ildən sonra tələbin zirvəyə çataraq azalmağa başlayacağı gözlənilir. Bu proses enerji təhlükəsizliyini təmin etməklə yanaşı, istixana qazı emissiyalarını azaltma səylərinə də dəstək verəcək.

Mənbə: NTV Haber

Tərcümə etdi: Fatimə Hüseynova

Paylaş
Şərh əlavə et