Bu gün:

Nə qədər empatiyalı insansınız ?


Empatiya başqa insanların hiss etdiklərini emosional olaraq başa düşmək, özünü onların yerinə qoyaraq hadisələrə onların nöqteyi-nəzərindən baxmaqdır.

Bəzən başqalarının his və duyğularını anlamaq çətin olur. Empatiya hissi isə hadisələrə başqalarının gözüylə baxmaq, özünü onların yeri qoymaq imkanı yaradır. Əgər empatiyalı bir insan olub-olmadığınızla maraqlanırsınızsa, oxumağa davam edin.

-Başqalarını həqiqətən dinləməkdə yaxşısınızsa

-İnsanlar tez-tez problemlərini sizə danışırsa

-Tez-tez başqalarının necə hiss etdiyini düşünürsünüzsə

-Başqaları sizdən məsləhət alırsa

-Özünü pis hiss edən insanlara dəstək olmağa çalışırsınızsa

-Başqa insanlara çox əhəmiyyət verirsinizsə

-Münasibətlərinizdə sərhədlər təyin etməkdə çətinlik çəkirsinizsə

Empatiyanın bir neçə növü var:

Effektiv empatiya 

Effektiv empatiya başqa bir insanın duyğularını anlamaq və lazımi cavab vermək qabiliyyətini əhatə edir. Bu cür emosional anlayış kiminsə başqasının rifahı üçün narahatlıq hissi keçirməsinə səbəb ola bilər.

Somatik empatiya

Somatik empatiya insanların yaşadıqlarına cavab olaraq fiziki reaksiya verməyi əhatə edir. Somatik empatiyaya sahib olanlar başqasının utandığını görəndə qızarma və ya mədə narahatlığı keçirə bilər.

Koqnitiv empatiya

Bu empatiya növü  başqa bir insanın psixi vəziyyətini və vəziyyətə cavab olaraq nə düşünə biləcəyini başa düşməyi əhatə edir. Koqnitiv empatiya psixoloqların digər insanların düşündükləri barədə düşünmə nəzəriyyəsi adlandırdıqları ağıl nəzəriyyəsi ilə əlaqəlidir.

Mənbə: verywellmind

Tərcümə etdi: Gülay Orucova 

Paylaş
Şərh əlavə et