24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı iqtisadçı Xalid Kərimlidir. O, cırılmış və istifadəyə yararsız pulların dəyişdirilməsindəm danışıb.
-İnsanlar cırılmış və istifadəyə yararsız pulları harada və ya necə dəyişə bilərlər? Belə bir proses varmı? Necə həyata keçirilir?

-Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında qanununda göstərilib ki, Mərkəzi Bank yararlı pul nişanlarını məhdudiyyətsiz götürür. Amma yararsız, zədələnmiṣ pulları götürsə də, şərtləri var. Şərtləri budur:
Bir hissəsi cırıla bilər, amma 60%-i istər xırda hissələrə bölünmüş, istərsə də 2 hissəyə bölünmüş və seriya nömrəsi qalmalıdır. Lakin bu şərtləri Mərkəzi Bankdan tələb etmək olmaz. Binasının yaxınlığında yerləşən "Nəğdpul" ofisinə həftəiçi yaxınlaşıb pullarınızı dəyişə bilərsiniz. Digər ofisləri Naxçıvan, Gəncə, Quba, Yevlax, Biləsuvarda yerləşir. Pulların bərpası üçün ancaq pulların sahibi olan Mərkəzi Banka müraciət edə bilərsiniz. Digər banklarda bu xidmət yoxdur.
Nərgiz Orucova
