
Şənbə günü verdiyi açıqlamada Kamerun və Liverpulun keçmiş müdafiəçisi Joel Matip 33 yaşında futboldan ayrıldığını təsdiqləyib.
2016-cı ildə pulsuz transferlə "Liverpul"a qatıldıqdan sonra Matip səkkiz ilini "Enfild"də keçirdi və bütün bu illəri Yurgen Kloppun rəhbərliyi altında keçirib.
O, 2019-cu ildə Çempionlar Liqasını və 2020-ci ildə Premyer Liqa çempionluğunu, həmçinin İngiltərə Kubokunu və iki Karabao Kubokunu qazanıb.
Onun klubdakı son oyunu keçən il ACL zədəsi aldığı Şeffild Yunayted-ə qarşı olub.
Matip və tərəfdarlar, müqaviləsinin bitməsi ərəfəsində, keçən mövsümün son günündə "Enfild"də bir-birləri ilə vidalaşdılar.
Mərkəz müdafiəçisi 2010 və 2014-cü il Dünya Kuboklarında Kamerun yığmasının heyətində 27 beynəlxalq oyunda da iştirak edib
Mənbə: ESPN
Tərcümə etdi: Məhəmməd Qasımov
