Bu gün:

Yaponiya hökuməti gəncləri alkoqoldan istifadə etməyə təşviq etməklə iqtisadiyyatı stimullaşdırmaq üçün müsabiqəyə başlayır.


Yaponiya hökuməti gəncləri alkoqoldan istifadə etməyə təşviq etməklə iqtisadiyyatı stimullaşdırmaq üçün müsabiqəyə başlayır.

Gənc nəslin valideynlərindən daha az spirtli içki qəbul etməsi səbəbindən vergi gəlirlərinin azaldığını görən Yaponiya spirtli içkilərdən istifadəni artırmağın yollarını axtarır.

Yaponiya Milli Vergi İdarəsi gənclər arasında bu tendensiyanın qarşısını almaq üçün addımlar atdı və hökumətin dəstəyi ilə “Sake Viva” kampaniyasına başladı.

Sake (düyü şərabı) Yaponiyanın milli içkisidir. Kampaniyanın məqsədi içkini daha cəlbedici edəcək ideyalar tapmaqdır. Kampaniya çərçivəsində müsabiqəyə 20-39 yaş arası şəxslər həmyaşıdları arasında spirtli içkilərə tələbatı artıracaq biznes ideyaları ilə iştirak edə biləcəklər.

Milli Vergilər İdarəsi adından müsabiqəni keçirən komanda Covid-19 pandemiyası zamanı dəyişən vərdişlərin və əhalinin yaşlanmasının spirtli içkilərin satışının azalmasına səbəb olduğunu bildirib.

Yaponiya mətbuatı kampaniyaya ictimai reaksiyanın qarışıq olduğunu yazır. Bəziləri qeyri-sağlam vərdişin dövlət tərəfindən təbliğini tənqid etsə də, kampaniya üçün maraqlı ideyalar irəli sürənlər də var.

Rəqiblər sentyabrın sonuna qədər öz biznes ideyalarını təqdim etməlidirlər. Təqdim olunan ideyalar arasından finala yüksələnlər ekspertlərin dəstəyi ilə hazırlanacaq və layihələr noyabrda yekunlaşacaq.

Məlumata görə 1995-ci ildə Yaponiyada adambaşına ildə orta hesabla 100 litr olan spirt istifadəsi 2020-ci ildə 75 litrə düşüb. Bu o deməkdir ki, spirtli içkilərdən vergi daxilolmaları da azalır. Japan Times qəzetinin məlumatına görə, 1980-ci ildə alkoqollu məhsullar ümumi vergi gəlirlərinin 5 faizini təşkil etdiyi halda, bu nisbət 2011-ci ildə 3 faizə, 2020-ci ildə isə 1,7 faizə enib. Yaponiya dünyanın "ən qədim" əhalisindən birinə sahibdir. Dünya Bankının məlumatına görə, Yaponiya əhalisinin 29%-i 65 və yuxarı yaşda olan insanlardır.

Bu vəziyyət təkcə spirtli içkilərdən istifadə ilə bağlı vergi daxilolmaları baxımından deyil, həm də işçi qüvvəsi baxımından problem yaradır.


Mənbə:bbc
Tərcümə etdi:Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et