Bu gün:

Əfsanəvi tennisçi Nadal noyabrda karyerasını bitirəcək


38 yaşlı futbolçu gələn ay Malaqada keçiriləcək Devis Kuboku finalında İspaniyanı son çıxışında təmsil edəcək.


Nadal zədələrə görə son iki mövsümdə çətinliklə oynadı və keçən il 2024-cü ilin sonunda təqaüdə çıxa biləcəyini söylədi.

Cümə axşamı yayımlanan videomüraciətdə Nadal deyib: “Mən sizə peşəkar tennisdən getdiyimi bildirmək üçün buradayam. Reallıq ondan ibarətdir ki, bir neçə çətin il olub, xüsusən də son iki il. Hesab etmirəm ki, məhdudiyyətsiz oynaya bilmişəm."

Nadal yalnız uzunmüddətli rəqibi Novak Cokoviçi geridə qoyaraq bütün zamanların ikinci ən uğurlu tək oyunçusu kimi təqaüdə çıxır.

"Gil kralı" kimi tanınan Nadal, Rolan Qarrosda keçirdiyi 116 əsas matçın 112-ni qazanaraq 14 dəfə Fransa Açıq çempionatda rekord qazandı.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et