Google öz axtarış sisteminə daha çox süni intellekt inteqrasiya etmək üçün əhəmiyyətli dəyişikliklər edir.

Artıq istifadəçilər şəkillərlə axtarış apararkən videolarla axtarış edə, səsli suallar verə və mahnıları müəyyən edə biləcəklər. Şirkət axtarış nəticələrini yenidən təşkil edərkən, süni intellekt dəstəyi ilə yeni alış-veriş üsullarını da əlavə edəcək. "Google" indi insanlara şəkillərlə axtarış edərkən videolarla axtarış etməyə, səsli suallar verməyə və mahnıları müəyyən etməyə imkan verəcək. Şirkət həmçinin axtarış nəticələrini yenidən təşkil edəcək, yeni alış-veriş yolları əlavə edəcək və prosesdə süni intellekt dəstəyindən istifadə edəcək. Süni intellektlə işləyən yeni axtarış nəticələri səhifələri də mobil cihazlarda reseptlər və ilham axtarışlarından başlayaraq ilk olaraq ABŞ-da mövcud olacaq. İstifadəçilər yalnız onlar üçün hazırlanmış nəticələrlə zəngin təcrübə əldə edəcəklər.
Həmçinin elan edilib ki, Google Axtarışdan istifadə edən bizneslərə kömək etmək üçün ABŞ-da mobil cihazlarda süni intellektə baxışı çərçivəsində reklamlar təqdim olunacaq.
Mənbə: NTV Türkiyə
Tərcümə etdi: Fidan Fərmanlı
