24media.az-ın növbəti müsahibi iqtisadçı Asif İbrahimovdur. O şirkətlərin əksəriyyətinin Bakıda yerləşməsi və bu halın əmək fəaliyyətinə təsirindən danışıb.

Statiska komitəsinin məlumatına görə iş yerlərinin 80% i Bakı şəhərinə aiddir. Bu durum Azərbaycan iqtisadiyyatı üçün o qədər də, arzuolunan bir hal deyil. Sizin fikrinizcə, niyə şirkətlərin əksəriyyəti paytaxtda fəaliyyət göstərir?
- Bu həyəcan təbili çalınmalı bir məsələdir. Aktiv əmək qabiliyyətli əhalinin böyük bir əksəriyyəti dövlət strukturlarında çalışırlar. Bakı şəhərində olan obyektlərin böyük qismi ictimai iaşə obyektləridir. İctimai iaşə obyektləri tikilən zaman qarşıya qoyulan əsas məqsədlərdən biri onu əhalinin gur olduğu yerlərdə tikməkdir. Əhalinin böyük hissəsinin Bakıya köçməsi urbanizasiya problemləri yaradır. Bununla bağlı məsul şəxslər ciddi adımlar atıb, tədbirlər görməli, inkişaf planı hazırlamalıdır. Bölgələrdə turizm və kənd təsərüfat sahələrini dirçəltmək lazımdır. Əkinə yararlı torpaqların 37-38%-i yararsız vəziyyətə gəlib çıxıb. Həmçinin bölgələrdə təhsil, infrastruktur, müasir innovasiayaların tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçirilərsə, bölgələrdə iqtisadi baxımdan canlanma ola bilər.
Fidan İbrahim
