Bu gün:

Qadın səsi kişinin həyatını riskə atma ehtimalına təsir edir


Dünyanın ən gözəl üç səsini deyəndə bu sıralama sizin də ağlınıza gəlir mi: Su səsi, pul səsi, qadın səsi? Su və pul, ayrı bir yazının mövzusu kimi bir kənarda qalsın; gəlin, qadın səsindən danışaq…


Kişilərə sual verək: Bir qadın üçün həyatınızı riskə atmaq məsələsində nə qədər irəli gedə bilərsiniz? “Bunun səslə nə əlaqəsi var?” dediyinizi eşidirmişəm kimi hiss edirəm.

Yeni araşdırmalar, kişilərin eşq uğruna gedəcəkləri məsafənin eyni zamanda qadının cazibədar qabiliyyətlərinə də bağlı olduğunu irəli sürür.


Bəli, məhz bu nöqtədə səs işə qarışır.

‘Şəxsiyyət və Fərdi Fərqliliklər’ adlı akademik jurnalda dərc olunan bir araşdırma, kişilərin, incə səsi olan qadınlar üçün təhlükəyə atılmağa daha meylli olduqlarını göstərdi. Lakin önəmli bir məqam odur ki, qadınların bu mövzuda həvəsli olması, kişilərin riskə girmə hərəkətində təsirli olur.


Aparılan testlər, qadınların risk alma davranışına laqeyd göründüyü hallarda kişilərin daha təhlükəsiz bir zonada qalmağa meyilli olduqlarını ortaya çıxardı.


Təkamül nəzəriyyəsi, bir qadın üçün riskə girməyə hazır olan kişilərin daha yüksək keyfiyyətli genlərə və dolayısı ilə daha uyğun bir cütləşmə partnyoruna işarə etdiyini, lakin kişinin nə qədər irəli gedəcəyinin eyni zamanda qadının cütlük xüsusiyyətlərindən də asılı ola biləcəyini göstərir.


Mənbə: haberturk.com

Tərcümə etdi:Səmayə Qədirova

Paylaş
Şərh əlavə et