Trendyol Super Liqasının 8-ci həftəsində "Korendon Alanyaspor"a 1:0 hesabı ilə qalib gələn "Qalatasaray" məğlubiyyətsizlik seriyasını 9 oyuna çatdırıb.

"Qalatasaray" Trendyol Super Liqasının 8-ci həftəsində qəbul etdiyi "Korendon Alanyaspor"u 1:0 hesabı ilə məğlub edib.
Sarı-qırmızılılar Trendyol Super Liqasında məğlubiyyətsizlik seriyasını 9 oyuna çatdırıb.
Ötən mövsümün 37-ci həftəsində liqada son məğlubiyyətini "Fənərbaxça" qarşısında yaşayan sarı-qırmızılılar mövsümü "Konyaspor"a qələbəsi ilə başa vurub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
