Bu gün:

İnsanın yalan danışdığını necə bilmək olar?


İşarə dili mütəxəssisi Treysi Brauna görə göz qırpmaq insanın yalan danışdığını və ya ünsiyyətə maraqsız olduğunu göstərir. Bu barədə HuffPost məlumat yayıb.

Braun deyib ki, əsasən, insanlar açıq şəkildə yalan danışırlar və yalan danışdıqdan sonra sürətlə gözlərini qırpmağa başlayırlar. 

“Yalançılar öz hekayələrini aydın izah etməyə diqqət yetirirlər, buna görə də beynin idrak hissəsi göz qırpma sürətinə daha az diqqət yetirir”,- o izah edib. 

“Onlar adətən yalan danışdıqdan sonra gözlərini qırpmağa başlayırlar”.

Lakin onun sözlərinə görə, bu qayda həmişə işləmir. İnsanın mimikasında istənilən dəyişiklik yalanı ifşa edir. Qeyri-peşəkar birinin yalançı olduğuna əmin olmaq üçün həqiqəti söyləyərkən gözlərini nə qədər bağladığını yadda saxlamağı və sonra hansı anlarda adi ritmin dəyişdiyini müşahidə etməyi məsləhət gördü. Qapalı duruş və tez-tez göz qırpmaq həmsöhbətin mövzuya maraq göstərməməsinin də əlamətidir.

Mənbə: Lenta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et