Bu gün:

Hamilton: "McLaren'ə qoşulmasaydım, Formula 1-də olmazdım"


Lewis Hamilton deyir ki, motor idmanının başlanğıc xərclərinin artmağa davam etməsindən narahatdır.

Lewis Hamilton, karyerasının əvvəlində motor idmanının ağır xərclərini birinci əldən yaşamış birisidir.

7 qat dünya çempionu kartinq xərcləri ilə yanaşı, yarışlarda iştirak haqlarının da kifayət qədər yüksək olduğunu bildirərək, bu vəziyyətin gənc istedadlar üçün böyük maneə yaratdığını vurğulayıb.

Hamilton dedi: "Ödənişlər çox bahadır. Hazırda onun nə qədər olduğunu dəqiq bilmirəm, amma eşitdiyimə görə, bu, başladığım vaxtdan iki-dörd dəfə yüksəkdir. McLaren ilə müqavilə imzalamasaydım, indi burada olmazdım. Xərclərin artmaqda davam etməsi həqiqətən narahatedicidir".

Bundan əlavə, Hamilton Formula 1-ə çatan pilotların sayının çox az olduğuna işarə edərək, kartinq yarışlarında iştirak edən uşaqların təhsillərini davam etdirmələrini tövsiyə edib: "Onlar işləməyə və məşqlərə davam etməlidirlər. Pilotların 99%-dən çoxu Formula 1-ə çata bilmir".

Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et