Bu gün:

Horner: "Verstappen mənə 90-cı illərin Şumaxerini xatırladır"


Kristian Horner Maks Verstappenin texniki çətinliklərinə baxmayaraq, trasdakı performansını yüksək qiymətləndirib və onu Mixael Şumaxerlə müqayisə edib.

Red Bull 2024-cü il mövsümünün əvvəlində dominant performansdan sonra texniki böhrana girdi. Komanda son qələbəsini iyunda İspaniya QP-də əldə edib.

McLaren komandaların çempionatında fərqi genişləndirsə də, Maks Verstappen sürücülər çempionatında Lando Norris üzərində yaxşı fərqi qorumağa davam edir.

Horner, "Maksın problemlərin öhdəsindən gəlmək və onları keçmək üçün unikal qabiliyyəti var. Bu, mənə 90-cı illərdəki Mixael Şumaxerin sürmə tərzini xatırladır.

Monzada avtomobilimizin nə qədər qeyri-sabit olduğunu gördük. Bizim simulyasiyalarımızla trasda gördüyümüz rəqəmlər arasında inanılmaz fərq var idi". 

Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et