Bu gün:

Herbert Verstappenə verilən cəzanı düzgün hesab edib


FİA referisi Conni Herbert söyüşdən istifadənin idmanın imicinə xələl gətirdiyini bildirərək Maks Verstappenin söyüşə görə aldığı cəzanı müdafiə edib.

Maks Verstappen Sinqapur Qran Prisində həftəsonu keçirilən rəsmi mətbuat konfransında söyüş söydüyü üçün FİA tərəfindən cəzalandırılıb.

FİA referisi Conni Herbert Maks Verstappenə verilən ictimai iş cəzasının düzgün qərar olduğunu müdafiə edib. 

"Sinqapurda keçirilən mətbuat konfransında Maks avtomobili haqqında danışarkən söyüş söydü. Bu mətbuat konfransları bütün dünyada yayımlanır və hər zamankindən daha çox söyüşlər var. Mətbuat konfransları bunun yeri deyil. Bəzi jurnalistlər idmanın pilotları robotlaşdırmağa çalışdığını söylədi. Bu doğru deyil. Sadəcə onlardan söyüş söyməmələrini xahiş etmək lazımdır. Pilotların çoxu onsuz da söyüş söyməz".

Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et