
Türkiyə Milli Futbol Komandası iyulun 2-də 2024-cü il Avropa çempionatında Avstriyanı 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada iki qol vuran və matçın ulduzuna çevrilən Merih Dəmiral qoldan sonra tribunaları "Bozqurd" işarəsi ilə qarşılayıb.
Merih Dəmiral siyasi simvollardan istifadə etdiyi üçün UEFA tərəfindən 2 oyunluq cəzalanıb. Hökm ictimaiyyətə açıqlandıqdan sonra Bolu Böyükşəhər Bələdiyyəsi Merih Dəmiralın şəhərdə heykəlinin ucaldılması üçün işlərə başlayıb.
Görülən işlərin nəticəsi olaraq oyunçunun heykəli mərasimlə açılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
