Bu gün:

ChatGPT - nin yaradıcısından xəbərdarlıq!


ABŞ Senatının "Ədliyyə" alt komitəsində ifadə verən Altman bildirib ki, mənim ən böyük qorxum texnologiya sənayesi olaraq dünyaya əhəmiyyətli zərər verə biləcəyimizdir. Düşünürəm ki, bu, bir çox fərqli şəkildə baş verə bilər:"Bütün texnoloji inqilablarda olduğu kimi, mən məşğulluğa əhəmiyyətli təsir göstərirəm, lakin bu təsirin tam olaraq necə görünəcəyini proqnozlaşdırmaq çox çətindir" dedi. Həmçinin əlavə edib ki,  ChatGPT texnologiyasının çox pis yerə gedə bilər.


ChatGPT-nin artan populyarlığı və süni intellektin müsbət və mənfi imkanlarından danışan Samuel Harris Altman hökumətin bu dəyişikliklərin idarə olunmasını təmin etmək üçün addım atmalı olduğunu etiraf etdi. Altman 3 saat davam edən görüşdə ABŞ senatorlarına süni intellekt texnologiyalarının lisenziyalaşdırma auditinin aparılması üçün müstəqil mexanizm yaratmağı tövsiyə edib və bunun onların təhlükəli imkanlarının qiymətləndirilməsi də daxil olmaqla bir sıra təhlükəsizlik standartlarının yaradılmasına imkan verəcəyini bildirib.

Altmanın dediyinə görə, bu yolla biz modellərin “özünü təkrarlaya və özbaşına hərəkət edə bilməyəcəyinə” əmin ola bilərik. Komitə iclasında çıxış edən bəzi senatorlar da süni intellekt bazarında korporativ əməkdaşlıq barədə xəbərdarlıq edərək, bu sektorda az sayda texnologiya şirkətinin üstünlük təşkil edəcəyi təqdirdə qarşılaşa biləcək problemlərə işarə ediblər.

Mənbə:Haber Türk

Tərcümə etdi: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et