Bu gün:

Diqqət çatışmazlığı və hiperaktivlik yaşayırsınızsa, bu simptomları göstərə bilərsiniz!


 Diqqət çatışmazlığı və hiperaktivlik böyüklər arasında olduqca yayğındır. Ehtiyat tədbirləri görülmədikdə gündəlik həyatda həm fiziki, həm də zehni problemlər yarada bilən diqqət çatışmazlığı və hiperaktivliyin 5 əlamətdar əlamətini tərtib etdik.

1. Davamlı bir şeyin yerini itirmək

Diqqət çatışmazlığı və hiperaktivliyi olan insanlar çox vaxt əşyalarının yerini unudurlar və ya itirirlər. Diqqətini cəmləməkdə çətinlik çəkdiyi üçün çox vaxt pul kisəsi və açar kimi əşyaların yerini unudur.

2. Həddindən artıq fokuslanmaq

Diqqət çatışmazlığı olan insana diqqəti cəmləmək qəribə görünə bilər, lakin elm adamlarının fikrincə, diqqət çatışmazlığı olan insanlar müəyyən vəziyyətlərdə bir şeyə çox diqqət yetirdikləri üçün qalan işlərə diqqət yetirə bilmirlər.

3. Gündəlik işlərin yarıda qoyulması 

Gündəlik işləri unudaraq yarımçıq buraxmaq adətən diqqət çatışmazlığı və hiperaktivliyi olan insanlarda müşahidə olunur. Mövcud işi tamamlamamaq və başqa işə keçmək ən çox görülən simptomlardan biridir. Ya cansıxıcı olduğu üçün, ya da diqqəti yayındırdığı üçün insanlar əlindəki işi yarıda qoyub və diqqətini başqa bir işə yönəltməyə başlayır. Məsələn, iş yerində vacib bir işi tamamlamalı olduğunuz zaman telefon danışığından sonra işə qayıtmaq əvəzinə telefonla oynamaq və ya dostunuzla söhbət etmək buna misal ola bilər.

4. Bəzən hiperaktiv,bəzən durğun olmaq

Əgər ətrafınızdakı insanlar bəzən çox aktiv, bəzən isə çox ləngdirlərsə, diqqət çatışmazlığı və hiperaktivlik yaşayırlar. Bir gün əvvəl etdiyi bir fəaliyyətdən ertəsi gün cansıxıcı olan şəxs kəskin dəyişikliklərlə qarşılaşa və yorğun hiss edə bilər.

5. Fərqli bir psixoloji problem yarada bilər 

Elmi araşdırmalara görə, diqqət çatışmazlığı və hiperaktivliyi olan böyüklərin 57-92 faizində başqa bir psixi sağlamlıq problemi də var.

Mənbə: Huffpost

Tərcümə etdi: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et