Bu gün:

Üz formanız şəxsiyyətiniz haqqında nə deyir?


Bir insanın üzünə baxaraq onun haqqında çox şey deyə bilərsiniz. İnsanı tanımağın ən yaxşı yollarından biri o insanla üz-üzə ünsiyyət qurmaqdır. Çinin üz oxuma sənətinə görə, insanların üz formalarına əsasən şəxsiyyətləri haqqında danışmaq olar. “Üzünüzün hikməti” kitabının müəllifi Jean Haner üz formalarını təhlil edərək insanların necə düşündüyü, hiss etdiyi və davrandığı barədə bəzi nəticələr çıxarıb. Budur üz formaları və xarakter xüsusiyyətləri...

Ürək formalı

Aktrisa Keyt Blanşett kimi ürək formalı üzünüz varsa, əks etdirən xasiyyətiniz var. Bu intuitiv insanlar yaradıcı, inadkar və iddialıdırlar. Onlar kifayət qədər ehtiraslı olduqları üçün istədiklərinə nail olmağa görə əllərindən gələni edirlər.

Dördkünc

Alnınız və çənəniz genişdirsə, düzbucaqlı bir üz formanız var. Planlaşdırmada çox müvəffəqiyyətli olan bu insanlar zəkaya böyük əhəmiyyət verirlər. Bəzən çox dərin düşüncələrə sahib ola bilərlər. Strateji və analitik düşüncə tərzinə malik olan bu insanlar duyğularını ifadə etməkdə çox yaxşı deyillər.



Üçbucaq

Əgər Riz Uizerspun kimi üçbucaqlı üzünüz varsa, siz şərəfli bir xasiyyətiniz var. Siz çox sosialsınız və idarə etməyi və təşkilatçılığı sevirsiniz. Bu səbəblə bəzən qəzəb və nəzarət problemləri yaşamaq mümkündür. Bu insanların ambisiyaları onların uğurunda əsas amildir.

Brilyant 

Əgər üzünüz almaz formasına bənzəyirsə, siz mükəmməlliyyətçi və özünə inamlısınız. Bəzən gözlənilməz davranışlar göstərən bu insanlar liderlikdə uğur qazanırlar. Onlar nəzarətdə olmağı sevirlər və bu xüsusiyyət hər kəsə müraciət edir.

Kvadrat 

Təbiətlə möhkəm əlaqələri olan bu insanlar səmimi və mehribandırlar. Təvazökarlıq, etibarlılıq və rəqabət qabiliyyəti onun əsas xüsusiyyətlərindəndir. Bəzən mühafizəkar ola bilərlər. Yüksək enerjiləri sayəsində hər mühiti işıqlandırırlar.

Dairəvi

Yumru sifətli insanlar səxavətlidirlər və həmişə sevdikləri insanları düşünürlər. Çox fədakar ola bilən bu insanlar sərhədlərini çəkməkdə çətinlik çəkirlər. Başqasından da eyni sevgi və xeyirxahlığı gözləməyi öyrənməlidirlər.

Oval

Bəzi mütəxəssislərin fikrincə, bu üz forması mükəmməl üz formasının ekvivalentidir. Oval üzlü insanlar nə edəcəyini bilirlər və həmişə hazırdırlar. Yüksək intellektə malik olduğu düşünülən bu insanların fikirləri çox olub, ədalət hissi formalaşıb.


Mənbə: NTV

Tərcümə etdi: Gülsər Qədirli

Paylaş
Şərh əlavə et