Bu gün:

Övladlarda zorakılığın səbəbi valideynin yanlış münasibətidir


Uşaq İnkişafı mütəxəssisi müəllim Zeynep Deniz Seven bildirib ki, valideynlərin övladlarına qarşı yanlış münasibəti bacı-qardaşlar arasında arzuolunmaz nəticələrə gətirib çıxara bilər. 

Uşaq İnkişafı Mütəxəssisi müəllim Zeynep Deniz Seven deyib,-"Valideynlərin övladlarına qarşı yanlış münasibəti övladları arasında şiddəti artıra və hətta bunun başlamasına səbəb ola bilər". 

Bacı-qardaş mübahisələrinin daha da uzağa gedərək uşağın ətrafına daşıya biləcəyini ifadə edən Seven,-"Bacı-qardaşlar arasında tez-tez dava və münaqişələr yaşana bilər. Övladlar arsında münaqişələr və mübahisələr zaman-zaman normal qarşılansa da, bu, ailələrin vəziyyətini çətinləşdirə bilir, bəzən hətta övladlar arasında şiddətə də yol aça bilir. Övladlar arasında şiddət uşaqlarda fiziki, emosional və psixoloji zərərə səbəb ola bilər. Bundan əlavə, uşaq zorakılığı öyrənir və onu ailədən kənar mühitə, məsələn, məktəbə köçürə bilər. Övladlar arasında şiddətin səbəbləri fərqli ola bilər, ancaq bacı-qardaşlar arasında şiddət hadisələrində valideynlərin rolu son dərəcə əhəmiyyətlidir. Çünki valideynlərin uşaqlarına qarşı yanlış münasibəti bacı-qardaşlar arasında şiddəti artıra bilər, hətta başlanğıc səbəbi də ola bilər".

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et