Bu gün:

Almaniyada biznesə inam azalıb



Almaniyada iş dünyasının iqtisadiyyata inamı sentyabrda 85,4 xal qazanaraq dördüncü aydır ki, enişini davam etdirir.


Baş ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutu (İFO) sentyabr ayı üçün Almaniya Biznes Sorğunun nəticələrini dərc edib.

Müvafiq olaraq, Almaniyada avqust ayında 86,6 olan Ifo Biznes Mühiti Güvən İndeksi, şirkət rəhbərlərinin gələcək gözləntilərinin zəifləməsi ilə sentyabrda 85,4 xala geriləyib. Sentyabr ayı etibarilə Almaniyada Biznes Mühitinin Güvən İndeksi dörd ay dalbadal azalıb.

Ifo Gözləntilər İndeksi 86,8 bənddən 86,3 xaladək, Cari Vəziyyət İndeksi isə 86,4 xaldan 84,4 xaladək azalıb.

Sorğunun nəticələrini şərh edən Ifo prezidenti Klemens Fuest Almaniyadakı şirkətlərin mövcud iş vəziyyətindən razı olmadığını, gələcək aylar üçün perspektivlərin zəifləməyə davam etdiyini və Almaniya iqtisadiyyatının artan təzyiq altında olduğunu bildirib.

Mənbə: hüriyyət 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et