
Evində ölü tapılan keçmiş milli basketbolçu Asım Pars dəfn mərasimindən sonra torpağa tapşırılıb.
Bosniya və Herseqovinanın şimal-şərqindəki Kalesija şəhərində olan evində ölü tapılan keçmiş milli basketbolçu Asım Pars mərasimdən sonra dəfn edilib.
Atik məscidində keçirilən mərasimdə Parsın ailəsi, yaxınları və dostları iştirak edib.
Karyerasına 1992-ci ildə Pars ilə eyni ildə Bosniya və Herseqovinanın Sloboda komandasında başlayan keçmiş milli basketbolçu Nedim Dal Türkiyədən çoxsaylı başsağlığı mesajları aldığını bildirib.
Dal, Parsla qardaş kimi olduqlarını ifadə edərək, "Onun heç vaxt düşməni olmayıb. Onun karyerası, xarakteri və davranışı ilə bağlı mənfi bir şey eşidə bilməzsiniz", -dedi.
Asım Parsın digər keçmiş komanda yoldaşı Əmir Delalic isə bir müddət Xorvatiyada eyni komandada oynadıqlarını ifadə edərək, Parsın ölüm xəbərinə son dərəcə kədərləndiyini bildirib.
Mənbə: hürriyyet
Tərcümə etdi: Sevil Azər
