Bu gün:

Peres: "Maşından istədiyimiz performansı ala bilmədik"


Serxio Peres təkər performansına görə sıralanma mərhələsində çətinlik çəkdiyini bildirib. Red Bull komandasının sürücüsü Serxio Peres təsnifat mərhələsində təkərlərin idarə olunması ilə bağlı problemləri olduğunu və bu səbəbdən ikinci rübdə yarışdan kənarlaşdırıldığını söylədi.

Təkərlərin düzgün temperatur diapazonunda işləmədiyini bildirən Perez, həftəsonunun qalan hissəsində bu vəziyyəti düzəltməyə çalışacaqlarını sözlərinə əlavə etdi.

"Bakıda kifayət qədər güclü bir həftəsonu keçirdik, lakin burada avtomobildən istədiyimizi ala bilmirik. Birinci rüb yaxşı idi, lakin ikinci rübdə işlər çətinləşdi. Təkərlərdən gözlədiyimiz performansı ala bilmədik və əyləclərdə də problem yaşadıq. Bu həftə sonu təkərlərlə çox mübarizə apardıq, başa düşəcəyimiz çox şey var". 

Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et