İspaniya La Liqasının 6-cı həftəsində “Real Madrid” doğma meydanda “Espanyol”u qəbul edib. Qarşılaşmada bənövşəyi-ağlılar 4:1 hesabı ilə qalib gəlib.

Real Madridə qələbə qazandıran qolları 58-ci dəqiqədə Dani Karvaxal, 75-ci dəqiqədə Rodriqo, 78-ci dəqiqədə Vinisius Junior və 90-cı dəqiqədə Kilian Mbappe penaltidən vurub.
Espanyolun yeganə qolu 54-cü dəqiqədə Kurtuanın avtoqolu ilə gəlib.
Qarşılaşmaya "Real Madrid"in futbolçusu Arda Gülər başlayıb, 55-ci dəqiqədə Vinisius onu əvəzləyib.
Bu nəticədən sonra "Real Madrid" xallarını 14-ə yüksəldib. Espanyol 7 xalda qalıb.
Mənbə: aspor.com
Tərcümə etdi: Məhəmməd Qasımov
