Lyuis Həmilton Maks Verstappenə Formula 1 mətbuat konfransında söyüş söydüyünə görə ona verilən "ictimai vəzifə cəzasına" məhəl qoymamağı söylədi.

Hazırkı dünya çempionu ötən həftəsonu Azərbaycan Qran Prisində cümə axşamı keçirilən mətbuat konfransında söyüş söydüyü üçün FİA tərəfindən dövlət qulluğu cəzasına məhkum edilib.
Həmilton bu məsələdə holland pilotu dəstəkləyib və bildirib ki, Verstappenin bu cəzanı nəzərə almaması lazımdır: “Düzünü desəm, bu, az qala zarafatdır. Bu, motor idmanının zirvəsidir və əlbəttə ki, səhvlərə yol verilir. Mən Verstappenin yerində olsaydım, bu cəzanı nəzərə almazdım, ümid edirəm o da mənim kimi düşünür”.
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
