Trendyol Super Liqasının 6-cı həftəsində "Beşiktaş" sabah "İkas Eyüpspor"- u qəbul edəcək.

Tüpraş Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Qarşılaşmanı baş hakim Zorbay Küçük idarə edəcək.
Liqada keçirdiyi 4 matçda 3 qələbə, 1 heç-heçə edən Beşiktaş həftəyə 10 xalla 3-cü pillədə daxil olub.
"Qalatasaray" və "Fənərbaxça"- nın çempionluq yolunda rəqibləri ilə qarşılaşacağı həftədə qara-ağlılar 3 xal qazanaraq üstünlük əldə etməyə çalışacaq.
Superliqanın yeni komandalarından olan “İkaş Eyüpspor” keçirdiyi 5 matçdan 2-də qalib gəlib, 3-də heç-heçə edib. Bənövşəyi-sarılar 9 xalla 5-ci yerdədi.
Ötən mövsüm Türkiyə Kubokunun 5-ci turunda keçirilən matçda "Beşiktaş" "Eyüpspor"u 4:0 hesabı ilə məğlub edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
