Bu gün:

Peres: "Performansımız bizi təəccübləndirdi"


Cümə günü Sinqapur Qran Prisindən sonra danışan Serxio Perez deyir ki, Red Bull-un performansı yaxşı görünmür.

Peres ötən həftə Bakıda yaxşı çıxış edərək, bir ildə ilk dəfə seçmə mərhələsində komanda yoldaşını üstələyib. Karlos Saynsla son qəzasına qədər 31 yaşlı idmançı Bakıda podium və bəlkə də yarışda qalib gəlmək üçün mübarizə aparırdı, lakin Peres Sinqapurda Bakıda olduğu qədər yaxşı həftəsonu gözləmir.

Peres, "Düşünürəm ki, biz ilk məşq sessiyasından bir az daha yaxşıyıq, lakin bizdə hələ də çox tarazlıq yoxdur. Yaxşı bir tur təşkil etmək olduqca çətindir və performansımız hazırda yaxşı görünmür.

Bu, bizi həqiqətən təəccübləndirdi. Gecədə bəzi işlərimiz var, çünki biz cəbhədən xeyli uzaqdayıq. Demək olar ki, biz bir saniyə geridəyik. Bu barədə nə edə biləcəyimizi görəcəyik, olduqca çətin bir həftə sonu ola bilər, amma rəqabət üçün çox çalışacağıq"- dedi.

Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et