Ferdi Kadıoğlu "Brighton & Hove Albion"da ilk matçını "İpsviç Taun"a qarşı keçirib. Milli futbolçu 68-ci dəqiqədə oyuna daxil olub və ilk dəfə Premyer Liqada meydana çıxıb.

İngiltərə Premyer Liqasının 4-cü həftəsində milli futbolçu Ferdi Kadıoğlunun çıxış etdiyi “Brighton & Hove Albion” öz meydanında “İpsviç Taun”u qəbul edib. Ferdi Kadıoğlu oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 68-ci dəqiqədə Hinşelvudu əvəzlədi. Digər tərəfdən, qarşılaşma 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Zədəsi səbəbindən Uels və İslandiya ilə oynanılan milli oyunlar üçün heyətə daxil edilməyən Ferdi Kadıoğlu təxminən bir aya yaxın fasilədən sonra matçda iştirak edib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
