"Fənərbağça"nın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Mançester Yunayted" Premyer Liqada "Sauthempton"a 3:0 hesabı ilə qalib gəlib. Milli qapıçı Altay Bayındır 2 oyunluq fasilədən sonra qalib gələn ManU-da ehtiyat oyunçular skamyasında yer alıb.
İngiltərə Premyer Liqasının 4-cü həftəsində "Mançester Yunayted" səfərdə "Sauthempton"un qonağı olub.

St."Sent Meri" stadionunda keçirilən matçın 31-ci dəqiqəsində ev sahibi "Sauthempton" penalti qazanıb. Kemeron Arçerin yerinə yetirdiyi penaltidə qapıçı Onana sağ tərəfə uzanaraq topu kənara çəkməyi bacarıb.
Mançesterlilər 35-ci dəqiqədə hesabda önə keçib. Bu dəqiqədə Bruno Fernandesin künc zərbəsini topu ötürərək yerinə yetirən Matthijs de Ligt başla tora göndərdi: 0-1
“Mançester Yunayted”in futbolçusu Markus Reşford qoldan sonra hücumlarını gücləndirib və cərimə meydançasının sol diaqonalından Diallodan ötürmə aldıqdan sonra top dirəyə dəyib tora dəyib: 0-2.
Matçın ilk hissəsi 2-0 hesabı ilə başa çatıb.
Matçın 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Cek Stivens birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qarşılaşmanın əlavə vaxtında Qarnaço ilə daha bir qol vuran “Yunayted” meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Beynəlxalq fasiləyə qədər ardıcıl 2 məğlubiyyət alan Mançesterlilər liqada 2-ci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib.
"Sauthempton" 4-cü məğlubiyyətini alıb və hələ ki, xal qazanmayıb.
ManU-da ehtiyat oyunçular skamyasında olan milli qapıçı Altay Bayındır meydana çıxmayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Məhəmməd Qasımov
