Bu gün:

Paltaryuyan maşınlardan düzgün istifadə qaydaları


Həm paltaryuyan maşınların ömrünü uzatmaq, həm də kommunual xərcləri azaltmaq üçün tətbiq edə biləcəyiniz bəzi məqamlar  var.  

Paltaryuyan maşınınızdan səhv istifadə etmiş ola bilərsiniz. Paltaryuyan maşından istifadə edərkən həm maşınınızı, həm də cibinizi qoruyacaq düzgün istifadə tövsiyələri var. Paltaryuyan maşından istifadə də hər kəs səhv edə bilər. Paltaryuyan maşından istifadə edərkən nəzərə alınmalı bəzi məqamlar var. 

Paltaryuyan maşının ömrünü uzatmaq üçün bəzi tövsiyələr:

Filtrlərin təmizlənməsi: Paltaryuyan maşının xidmət müddətini qorumaq üçün filtrləri mütəmadi olaraq təmizləmək lazımdır.  Filtr təmizlənməzsə, paltaryuyan maşında ərp yığılır və maşının istismar müddəti qısa müddətdə başa çatır.  Paltaryuyan maşınlarınızın filtrlərini tez-tez təmizləməyi unutmayın.

Aşağı temperaturlar: Paltaryuyan maşınların çox yüksək temperaturda işləməsi zaman keçdikcə maşının daxili quruluşunu zədələməyə başlayır. Bu zərəri aradan qaldırmaq mümkün deyil.  Həm ərp ehtimalı artır, həm də maşının daxili quruluşu zədələnir.  Eyni zamanda, çəkilən isti su daha çox elektrik istifadə edəcəkdir.  Bu fakturada yüksək xərclərə səbəb olacaq.

Maşını doldurarkən diqqət edin: Su qəbul etdikdən sonra paltaryuyan maşında maksimum çəkidə olan çamaşırların vəziyyəti hesablanır və yazılır.  Bu maksimum çəkidən artıq olmamaq üçün maşınlar tam doldurulmamalıdır.  Sıxılma ilə doldurulmuş maşınlar düzgün təmizlənə bilmir və fırlanma oxu zədələnir.  Bu, təmir pulu və yenidən başlama kimi problemlərə səbəb olacaq.

Mənbə: Haberglobal

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et