
Yaradıcılığın rəngi mavidir
Qarışıq nəticələrə malik bir çox keçmiş təcrübələrdən sonra 2009-cu ildə Britaniya Kolumbiya Universitetinin tədqiqatçıları bu problemə yekun cavab tapmağa çalışıblar. Subyektlərə ekranda mavi, qırmızı və “neytral” rənglər olan kompüterlər verilmiş və müxtəlif bacarıq testləri keçirilmişdir.
Qırmızı ekranlı kompüterdə subyektlərin yaddaşda detalları görməyi tələb edən tapşırıqlarda daha yaxşı performans göstərdiyi, yaradıcılıq tələb edən bacarıqlarda isə mavi ekranların daha yaxşı nəticələr əldə etdiyi müşahidə edilmişdir.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, qırmızı “qaçınma” mesajını çatdırıb subyektləri daha diqqətli olmağa sövq etsə də, mavi rəngin əks təsiri olduğu üçün onları daha sərbəst düşünməyə sövq edir.
Başqa bir araşdırmada, subyektlərə iki fərqli boşqabda peçenye təqdim edildi və onlara dadları ilə bağlı suallara cavab verəcəkləri deyildi. Buna görə də, istədikləri qədər yeyə biləcəklərini söylədilər. Subyektlər qırmızı boşqabda verilən peçenyeləri daha az yedilər və bu, qırmızı rəngin xəbərdarlıq, təhlükə mesajı xüsusiyyəti ilə əlaqələndirildi.
Rənglərin həqiqətən də davranışa təsir edib etməməsi şübhə altındadır.Bu məsələdə qəti bir şey demək üçün daha yaxşı təcrübələr lazımdır.
Mənbə:BBC
Tərcümə etdi: Lamiyə Cənnətzadə
