
Özünü sevmək bir çoxumuzun laqeyd yanaşdığı bir hərəkətdir. Bəs ilk növbədə sevməli olduğumuz biz deyilikmi?
Bir insan həyatda atdığı addımların sağlam olması üçün əvvəlcə özünü tanımalı və özünü dinləməlidir. Axı kim səni özündən daha yaxşı tanıya bilər? Müəyyən ortamlara girdiyiniz zaman özünəinam sizi parlaq edir. Digər tərəfdən, özünə inamın təməlində bilik, etibar və özünə olan sevgi dayanır. "Özümü necə sevməli olduğumu bilmirəm!" İndi "bəli" kimi bir cümlə söyləyə bilərsiniz. Özünə sevgi də sonradan öyrənilə bilər. Özünüzü necə sevəcəyinizə dair tövsiyələrə birlikdə baxaq:
1. İnternetsiz qalmağa çalışın
Hər birimizin istifadə etdiyi bir çox sosial media platformaları var. Digər tərəfdən, bu platformalarda olduqca saxta profillərə məruz qalırıq. "Bu kafedə yemək yeməliyəm, çünki məşhurlar orada şəkillər paylaşırdılar.", "Burada şəkil çəkdirsəm və paylaşsam, çox bəyəniləcək" və s. buna oxşar fikirlər söyləyirsiniz. Yenə də tək olduğunuz və onlayn platformalardan uzaqlaşdığınız zaman yaşadığınız həyatın çox fərqli olduğunu başa düşürük. Yaxın dostlarınızın qrupunda geyindiyiniz paltarda və ya istifadə etdiyiniz kremdə hər hansı bir fərq varmı? Həqiqətən, yaxşı və sağlam bir dostluqdursa, bunun heç bir əhəmiyyəti olmadığını bilirsiniz. Məsələn, axşam oturduğunuz və səhərə qədər dayanmadan danışdığınız söhbətləri düşünün. Bu qədər saatdan sonra üzünüzdə heç bir makyaj və ya paltarınızın ütülü gözəl görünüşüqalmayacaq. Onlayn dünyanın sizə göstərdiyi yalanlardan uzaqlaşaraq özünüzü tanımalı və özünüzü dərk etməlisiniz. Sən gerçəksən. Özünüzü sevmək üçün bu yalandan uzaqlaşaraq həqiqəti görməlisiniz.

2. Vacib olanda "YOX" deməyi bacarmalısınız
Özünüzü sevmək üçün istəmədiyiniz şeylərdən uzaq durmalısınız. İstəmədiyiniz halda da sizə deyilən hər şeyi qəbul etmək özünə inamınızı və hörmətinizi azaldır. Lazımi anda "Xeyr!" deməkdən qaçmamalısınız. İstəmədiyiniz bir dəvət qəbul edirsiniz. Bu dəvətə sərf etdiyiniz hər dəqiqə sizin üçün kabusa çevrilir. Bu vəziyyətdə özünüzü narahat hiss etməyə başlayırsınız. Niyə özünüzlə belə davranmalısınız? "Xeyr" deyərək özünüzü sevməyə başlaya bilərsiniz. Öz istəklərinizə uyğun hərəkət etmək həyatınızda atacağınız ən yaxşı addımlardan biri bu olacaqdır.

3. Sevginizi göstərməkdən qorxmayın
Özünüzü sevmək öncəllik olsa da, ətrafınızdakıları sevmək də həyatınızı yaxşılaşdıracaqdır. Bundan əlavə, sevgi ən yaxşı hiss deyilmi? Nə qədər çox sevirsinizsə, həyatınız daha yaxşı olur. Yeşilçamın ən gözəl filmlərindən biri olan "Həyat sevincə gözəl" filmindəki bu unudulmaz səhnədə deyildiyi kimi:
"Hər kəs sevməlidir, sevgi həyatın sevincidir, dünyada ən gözəl şey qəlbdəki insan sevgisidir".
Sevgi paylaşdıqca çoxalır və pozitivliyi həyatımıza çəkir. Ağacı sevmək, iti sevmək, pişiyi sevmək, insanı sevmək, işini sevmək... Sevmək üçün çox şey var. Əvvəlcə özünüzdən başlayaraq ətrafınızdakı hər şeyi sevməyə çalışmalısınız. Məsələn, gülümsəyərək qapınıza gələn kuryerə təşəkkür etsəniz, bu adamın gününü işıqlandıra bilər. Mağazada işləyən kassirə təbəssümlə desəniz ki: "Gününüz uğurlu olsun!" bu zaman gülüşünüz başqasının üzünü də güldürəcək.

4. Şükür edin
Yaşadığımız hadisələr bəzən hər birimizi dərindən yaralaya bilər. İçinizdəki bu kiçik mənfi məqamlar böyüyür və bütün yaxşı şeyləri məhv edir. Ancaq bəzən səndə bir az sevgi görməyin vaxtı gəldiyini düşünmürsən? Yaşadığınız anların dəyərini bilməklə özünüzə minnətdar olmağı xatırlatmalısınız. Özünüzü sevmək üçün içinizdəki kiçik qığılcımlardan xəbərdar olmalı və onları sevməklə başlamalısınız. "Nə yaxşı ki, varam", "Həyatımda müsbət enerjini özümə çəkirəm", "Təbəssümümlə ətrafımdakılara müsbət enerji verə bilərəm".

5. Özünüzə olan sevginizi hər zaman yüksək tutun və özünüzü olduğunuz kimi qəbul edin
Bu dünyada hər kəs bənzərsizdir. Bəli, siz də. Düşüncəniz, görünüşünüz, təbəssümünüz tamamilə sizə xasdır. Özünüzdən xəbərdar olmaqla özünüzə xüsusi olduğunuzu xatırlatmağa davam etməlisiniz.

Mənbə: ceotudent
Tərcümə etdi: Tərlanə Abdullayeva
