Bu gün:

Telefonlarımız dinlənilir?


Cox Media Group (CMG) reklam şirkətinin verdiyi məlumatlar istifadəçilərin telefonlarının dinlənilməsi ilə bağlı şübhələri təsdiqləyir. Rəqəmsal marketinqin ağıllı cihazların dinləmə texnologiyası ilə reklam etməyi təkmilləşdirdiyi iddia edilir.


İstifadəçilər internetdə heç bir axtarış aparılmasa da, özəl olaraq danışdıqları bir şey haqqında reklam görəndə telefonlarının dinlənildiyini hiss edirlər.

404 Media Google, Facebook, Microsoft və Amazon kimi şirkətlərlə əməkdaşlıq edən rəqəmsal marketinq xidməti Cox Media Group-a (CMG) aid olduğu iddia edilən hesabatları üzə çıxarıb.

CMG-nin çıxış sənədinə görə, izləmək və aktiv şəkildə dinləmək üçün istifadə edilən texnologiya "Audio data" adlanır və CMG bizneslərin reklamları effektiv şəkildə hədəfləmək üçün bu məlumatlardan necə istifadə edə biləcəyini izah edən bölmədə açıq şəkildə "Bəli, Telefonlarımız Bizi Dinləyir" iddiasını bildirir.

"Smartfonlar və planşetlər kimi cihazlarda mikrofon məlumatlarına daxil olmaq qabiliyyətinin artması texnoloji tərəfdaşımıza alışdan əvvəl danışıqlar zamanı audio məlumatı toplamaq və təhlil etmək imkanı verir". 

"Biz daha əvvəl görünməmiş bir anlayış yaradırıq ki, hədəf qrupunuzu "onlar düşüncəmizi oxuyurlar" deyə düşünməyə vadar edən fərdiləşdirilmiş reklamlar təqdim edək"- CMG-nin  hesabatının bir hissəsində deyilir.

Cox Media Group həmçinin nəzarətin tamamilə qanuni olduğunu iddia edir, çünki ağıllı cihazlar və köməkçilər texniki olaraq hər zaman qulaq asmalı olurlar.

Bundan əlavə, 404 Media əlavə edir ki, Google bu hesabatın dərcindən bir müddət sonra CMG ilə əlaqələri kəsib.

Mənbə: ntv.com.tr

Tərcümə etdi: Rəfiqə Rəhimli

Paylaş
Şərh əlavə et