
Dünyada ən çox yayılmış idman növlərindən biri olan futbol çox populyar bir idman növüdür. Bu idman pərəstişkarları üçün bir şəxsiyyət kimidir. Bu yazıda futbolun insana aidiyyət və sədaqət yaratmasının səbəblərindən və sonradan zorakılığa gətirib çıxaran fanatizm hissindən bəhs edilir.
Futbol
Futbol dünyada bir oyundan daha çox şeydir. Digər idman növləri ilə müqayisədə o, ictimaiyyətlə sinonimləşib. “Tərəf” tutmaq və tərəf tutmayanları kənarlaşdırmaq olduqca məşhurdur. Futbol sadəcə gündəlik asudə vaxtda hobbi, əyləncə və söhbət fəaliyyəti deyil. Futbol tamaşaçı-klub, tamaşaçı-azarkeş qrupu, tamaşaçı-futbolçu kimi öhdəlik səviyyələri ilə insanların əlaqə ehtiyacını ödəyir. Bu gün klub dəstəyi sosial kimliyin ifadəsinə çevrilib. Bu identifikasiyanın əsas səbəbi bu bağın çox asanlıqla qurula bilməsidir.
İdentifikasiya “bir şəxsin kiməsə və ya bir qrupun fikrinə bənzəmək üçün ona uyğun davranması”dır. Futbol bu identifikasiya üçün ideal sahədir. Bu yolla fərdlər cəmiyyətdə uğur qazanmaq iradəsini ifadə edir: Məna, güc və ictimai nüfuzla özlərini qane edə bilirlər. Müvəffəqiyyət arzusunda olan fərdlər bir cəmiyyətlə eyniləşmə ehtiyacı hiss edir və klub fandomu onların həyatında mühüm yer tutur. Futbolçunun köynəyini geyinməsi, afişalarını divarına asması və onun hərəkətlərini təqlid etmək istəməsi onun identifikasiya istəyinin nəticəsidir.
Bir tərəfdar qrupuna/klubuna qoşulmaqla insanlar həyatda qalmaları üçün zəruri olan məqsəd, ümid, inam və qürur duyğularını təmin etmək istəyirlər. 90-cı illərdən sonra televiziyalarda daha çox nümayiş etdirilən futbol beynəlxalq yarışları milliyyətçi diskursla təsvir etdiyi üçün də kütlələrə böyük təsir göstərdi. Heç futbola baxmayan biri belə böyük üçlüyə (Qalatasaray, Fənərbaxça, Beşiktaş) dəstək ola bilər, çünki onlar ölkəsinin “böyük” komandasıdır. Bu yolla cəmiyyətlə münasibət qura, sosiallaşa və ünsiyyətlərini gücləndirə bilərlər.
Mənbə: kampustenevar
Tərcümə etdi: Sevil Azər
