Bu gün:

İnsan neyronlarından canlı kompüter istehsal edildi


 İsveçrənin “FinalSpark” şirkəti insan beyninin orqanoidlərindən ibarət “Neuroplatform” adlı kompüter platforması hazırlayıb.

Bu platforma neyronları elektriklə stimullaşdıraraq və dopaminlə mükafatlandıraraq öyrənməyə imkan verir ki, bu da süni intellektin daha az enerji ilə öyrədilməsinə imkan verir.

Bununla belə, orqanoidlərin qısa ömrü və biokompüterlərin standart istehsal proseslərinin olmaması bu texnologiyanın üzləşdiyi çətinliklərdəndir.

Biokompüterlərin üstünlüklərinə onların ətraf mühit şəraitinə cavab vermək qabiliyyəti daxildir. Bu, onları bioremediasiya və ekosistemlərin bərpası kimi sahələrdə faydalı edir.

Bakteriyalardan tutmuş göbələklərə qədər müxtəlif bioloji materiallar müxtəlif kompüter sistemləri kimi qəbul edilir.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et