Bu gün:

Anı yaşaya bilirikmi?



Bu sualın cavabı çox vacibdir, çünki nail olunması olduqca çətindir. 

Zaman-zaman  yaşadığımız anda qala bilmədiyimiz üçün hamımız narahat oluruq. Nə etsək də, o anı yaşaya bilməyəcəyimizi hiss edirik. Ətraf mühitə baxışımız dəyişir, mümkün qədər tez bir zamanda başqa bir yerə getmək istəyirik , hətta bəlkə də özümüzü çox bədbin hiss edirik.

Bu vəziyyətin gündəlik həyatımıza  mənfi təsir etməsi də olması qıcıqlandırıcı bir haldır. Məsələn, günəşli bir gündə gözəl bir çimərlikdəyik, amma beynimizdəki bir şey bizi keçmişə və ya gələcəyə aparan kimi olduğumuz yerin fərqində olmuruq. Ya da çox sevdiyimiz bir insanın ad gününə getmişik. Ruhən orada olmadığımızı, bədənimizin həmin yerdə olduğunu hiss edirik.

 Belə anlarda absurd bir vəziyyət yaranır, çünki davranışlarımızdakı səmimiyyət itir. Bəs yaşadığımız o gözəl anları tamamilə yaşamağımıza nə mane olur? Təəssüf ki, bu suala qəti bir cavab söyləmək mümkün deyil, ancaq problemlərimizin indiki vəziyyətdə qalmağımıza mane olan ən böyük amillərdən biri olduğunu söyləmək olar. 

Beynimizdə həmişə müxtəlif problemləri düşünürük. Bunlar uğursuzluq, birisi tərəfindən rədd edilmə və yaxud gələcək qayğıları kimi mənfi düşüncələrdir. Bu cür düşüncələr ümumi narahatlığa və insanın əsəbiləşməsinə səbəb olur. 

Yaşadığımız andan ayrılmağımızın əsas səbəblərindən biri də hər şeyin yaxşı olmasına baxmayaraq bir şeyin səhv getdiyini və ya nəyinsə əskik olduğunu hiss etməkdir. Deyək ki, dostunuzla görüşmək üçün bir kafeyə getdiniz və oturub söhbət etməyə başladınız. Birdən beyninizdə "Niyə buradayam?", "Niyə indi bu barədə danışırıq?", "Görəsən indi onun qarşısında necə görünürəm?", "Ayağa qalxmaq üçün icazə istəsəm necə düşünər?" kimi suallar ortaya çıxır. 

Təəssüf ki, bu şəkildə yavaş-yavaş diqqətimiz yayınır və yaşadığımız andan ruhən uzaqlaşırıq. Özümüzə anı yaşamalı olduğumuzu söylədikdən sonra yaşadıqlarımızın normal olduğunu qəbul etməliyik. Mütəmadi olaraq  meditasiyaları tətbiq etmək yaşadığımız anı dərk etməyimizə çox kömək edəcəkdir.

Mənbə:ceotudent

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et