
Oscar Piastri, "çox riskli" olduğu üçün tək pit-stopa üstünlük vermədiklərini söyləyib.
McLaren pilotu Oskar Piastri yarışın əvvəlində liderliyi ələ keçirsə də, o, Lando Norris kimi ikiqat pit-stop etməyi seçib, lakin üçüncü yeri tutan Çarlz Lekler tək pit-stopla damalı bayrağı birinci yerdə görməyi bacarıb.
Piastri bu strategiyanı belə şərh edib: “Məncə, bir pit-stop riskli strategiya idi. Bütün həftə sonunun mövzusu təkərlərin dağılması idi. Təcrübədə təkərlər dağılmağa başlayanda qaraja girməlisən. Geriyə baxaraq deyə bilərik ki, bir pit-stop düzgün qərar idi, baxmayaraq ki, başlamazdan əvvəl bunun inanılmaz dərəcədə riskli olduğunu düşünürdük.
Siz yarışa liderlik etdiyiniz zaman arxanızdakı sürücülər sizin hərəkətlərinizə reaksiya verə bilər. Əgər o, iki pit-stop etsəydi, Çarlz 3-cü yeri tutacaqdı. Bir dayanacaq edib sürətini itirsəydi, yenə üçüncü yeri tutacaqdı.
Yekunda o, bir pit-stopla qələbəni ələ keçirdi.
Bəlkə arxa planda strategiyanı bir az dəyişə bilərdik. Mən də bir az fərqli sürə bilərdim. Şəxsən mən tempimdən çox razıyam. Belə olan halda yarışda ikinci yeri tutmaq ağrı verir".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
