Bu gün:

Hansı peşələr hələ də süni intellektlə təhdid edilmir?


Bu gün bəzi ekspertlər süni intellektin inkişafı ilə təhlükənin görünməmiş həddə çatdığını və nəhayət, robotların işimizi alacağı günün gəldiyini deyirlər.


Goldman Sachs tərəfindən 2023-cü ilin mart ayında dərc edilən hesabata görə, generativ süni intellekt bu gün bütün işlərin dörddə birini yerinə yetirə bilər. Avtomatlaşdırma təkcə ABŞ və Aİ-də 300 milyondan çox işi tuta bilər. Xoşbəxtlikdən, bütün xəbərlər pis deyil. 


Mütəxəssislər hələ də süni intellektin edə bilmədiyi şeylərin olduğunu vurğulayırlar. Bunlar çox vaxt emosional zəka və ya yaradıcı düşüncə kimi insan xüsusiyyətləri tələb edən işlərdir. Bu sahələrdə işə başlamaq işinizin süni intellekt tərəfindən əlindən alınması şansını azalda bilər. 


"Yaxın gələcək üçün nisbətən aşağı riskli görünən üç sahə var"


Ford: “Birincisi, həqiqətən, yaradıcı işdir: bunlar yeni ideyalar irəli sürməli və hər şeyi yenidən təşkil etmək və ya düsturla işləmək əvəzinə, yeni bir şey qurmalıdır". Bu o demək deyil ki, bütün yaradıcılıq işləri təhlükəsizdir. Əksinə, qrafik dizayn və ya təsviri sənətlə əlaqəli işlər ilk gedəcəklər. 


Ford əlavə edir ki, digər yaradıcı iş növləri təhlükəsiz ola bilər: "Elmdə, tibbdə və hüquqda yaradıcı iş hələ də təhlükəsizdir. İşi yeni hüquqi və ya biznes strategiyaları hazırlamaq olan insanlara həmişə ehtiyac olacaq.



"Yaradıcı işdən sonra təhlükəsiz olan ikinci kateqoriya tibb bacısı, biznes konsaltinqi və ya araşdırma jurnalistikası kimi şəxsiyyətlərarası münasibətlərin vacib olduğu işlərdir. Üçüncü kateqoriya “çox hərəkət, çeviklik və gözlənilməz mühitlərdə problemləri həll etmək bacarığı tələb edən işlərdir”. Elektrik, santexnik, qaynaqçı kimi işlər bu kateqoriyaya aiddir.


Mənbə: bbctürkiye


Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et