Bu gün:

Tibbdə texnologiya


Rozmery Lall, Scarboroufdakı tibb klinikasında ailə həkimi kimi işləyən təxminən otuz illik təcrübəyə malik bir həkimdir.

O, 2023-cü ilin yayında, illərin yorğunluğu ilə işinə olan həvəsini itirmək nöqtəsinə gəlir.

Gündəlik olaraq üzləşdiyi inzibati yüklər və elektron tibbi qeydlər sistemlərinə daxil edilməli olan məcburi uçotun aparılması Lallın üzərində böyük təzyiq yaradır. Lall işindən aldığı həzzi itirdiyini və işə getməkdən qorxduğunu bildirib.

Bu məqamda Lallın qarşılaşdığı problemlərin əksəriyyəti xəstələrlə keçirdiyi vaxtdan kənar elektron tibbi sənədlərin yenilənməsi, tibbi formaların doldurulması və mütəxəssislərə göndərişlərin verilməsi kimi inzibati vəzifələrdən qaynaqlanırdı.

Bu vəziyyət Lall kimi bir çox həkilərin peşəsindən məmnunluğunu azaldıb və karyeralarını sual altına almağa gətirib çıxarıb.

Bu zaman Lall həll yolu kimi süni intellekt tərəfindən dəstəklənən AI Scribe proqramı ilə qarşılaşır. Ontario Tibb Assosiasiyasının rəqəmsal texnologiya qolu olan OntarioMD tərəfindən idarə olunan bu proqram, xəstələrin ziyarətləri zamanı həkimlərin qeydlərini böyük ölçüdə avtomatlaşdıran alət təklif edir.

Lall bu texnologiyadan istifadə etməyə başlayanda gündəlik iş yükünün əhəmiyyətli dərəcədə azaldığını görür. Süni intellekt xəstələrin həkimə təqdim etdiyi subyektiv məlumatları, həkimin müşahidələrinə əsaslanan obyektiv məlumatları, fiziki müayinə zamanı aparılan qiymətləndirmələri, xəstəyə qulluq üçün fəaliyyət planlarını “SOAP qeydi” formatında qısa müddətdə tərtib edir. Bu, həkimlərə təyinatdan sonrakı dövrdə digər xəstələrə daha az vaxt sərf etməyə imkan verir.

Lall bu texnologiyanın onun üçün tam dönüş nöqtəsi olduğunu bildirdi. Əvvəllər saatlarla davam edən və yorucu olan qeydlər süni intellekt sayəsində dəqiqələrdə tamamlana bilir.

Bu çeviklik texnologiyanı daha da faydalı edir.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et