Bu gün:

Süni intellektdə "səs" təhlükəsi




Bu gün inkişaf edən texnologiya ilə süni intellekt həyatın mərkəzinə çevrilib. Süni intellektin gətirdiyi rahatlıqlara baxmayaraq, onun təhlükəli tərəfləri də var. O, səsinizi və imicinizi kopyalaya bilər və deyilməmiş şeyləri deyilmiş kimi göstərə bilər. Süni intellektdə səs təhlükəsi nə deməkdir? Süni intellekt necə istifadə olunur? Bu texnologiya bəd niyyətli insanların əlinə keçsə nə olacaq?
Cavab CNN TÜRK Yurt Xəbər redaktoru Qaye Akverdinin hazırladığı xəbər faylındadır. Süni intellekt həqiqətən möcüzədir, yoxsa heç kimin hüququna hörmət etməyən sonsuz və qanunsuz bir azadlıq sahəsidir? Gah siyasətçidir, gah mindən çox dil bilir. Bəzən illər öncə itirdiyimiz bir sənətçinin səsini yeni mahnılarla bizə gətirir.
İnformasiya Texnologiyaları Mütəxəssisi Gökhan Say, “Süni intellekt başımıza gələn ən yaxşı şey ola bilər. Bu gün dünyada xərçəngin müalicəsini tapmağa çalışarkən süni intellektdən istifadə edirik. Biz bir çox mövzularda süni intellektdən istifadə edirik".

Mənbə: CNN.türk
Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et