Bu gün:

Günəşə nə qədər yaxınlaşa bilərik?


Günəş sistemindəki bütün cisimlər arasında, yəqin ki, ən çox öyrənilməsini tələb edən Günəşdir. Onun yaydığı radiasiya ilə yanaşı, Günəşin səthinin temperaturu 5500°C-dir. Ancaq Günəşin ən soyuq hissəsi onun səthidir və siz onun nüvəsinə endikcə temperatur 15 milyon °C-ə qədər yüksəlir. Təkcə səthin temperaturu o qədər yüksəkdir ki, heç bir maddə Günəşin səthində bərk qala bilməz. Bu səbəbdən Günəşə heç bir canlı göndərmək mümkün deyil. Bir canlının Günəşə yaxınlaşa biləcəyi ən yaxın məsafə 145 milyon kilometrdir. Təsəvvür edək ki, Günəşə 145 milyon kilometr yaxınlaşan bir astronavt bu məsafədən sonra atdığı hər addımda bədəninin bir hissəsi 100 metrlik gedişdən sonra yəqin ki, yanmağa başlayır.

Bütün bunlara baxmayaraq, Günəşə ən yaxın məsafə belə çox uzaqdır. NASA-nın astronavtları üçün hazırlanmış paltarlar üzərində işləyən Ralph Mcnutt'a görə, "Hazırda əlimizdə olan texnologiya kosmosun dərinliklərinə səyahətlər üçün tələb olunan paltarları istehsal etmək üçün kifayət deyil." Standart bir astronavt kostyumunun dözə biləcəyi maksimum temperatur 120 ° C-dir. Günəşə 4,5 milyon kilometr yaxınlaşdıqda, 120 ° C hiss ediləcək astronavtın bu temperaturda ölməsi yəqin ki, cəmi bir neçə dəqiqə çəkəcək.

Günəşə kosmik gəmi ilə getsək, yaxınlaşa biləcəyimiz məsafə bir az da böyük olar. Müasir kosmik gəmilər 3500°C-ə qədər temperatura davam edə bilir. Maknutt deyir ki, kosmik gəmi Günəşə 1,7 milyon kilometrə qədər yaxınlaşa bilər. Bununla belə, həmin məsafəyə çatan kimi pilot kabin əriməyə başlayır və bir neçə dəqiqədən sonra güman ki, bütün servis əriyəcək. Bu səbəbdən astronavtlar bu səfərdə iştirak edə bilməzlər.

İndiyə qədər öyrəndiyimiz hər şey Günəşin temperaturu ilə bağlı olub. NASA zabiti Eddi Semones deyir ki, hətta Günəşə belə yaxınlaşmaq böyük uğurdur. Semonesin mülahizəsinə görə, kosmik radiasiya (Günəşin yaydığı radiasiya) o qədər çoxdur ki, astronavtlar və ya servislər, ehtimal ki, məsafələrin yarısına belə çatmadan radiasiya səbəbindən parçalanacaqlar. Bütün bu inkişaf edən texnologiyaya baxmayaraq, insanlar Günəşə getməyin və ya ondan maksimum səmərəliliklə faydalanmağın sirrini hələ də həll edə bilməyiblər. Kim bilir, bəlkə də növbəti əsrdə Yerdəki bütün enerji problemi günəşi əhatə edən qalxanla həll olunacaq.

Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et