Samsung öz smartfonlarında təqdim etdiyi süni intellekt funksiyalarını getdikcə daha çox modelə genişləndirir. Galaxy AI tərəfindən təqdim edilən bu xüsusiyyətlərdən bəziləri son zamanlarda orta səviyyəli Galaxy A seriyasına təqdim edilməyə başlandı. İndi isə ilk Galaxy AI xüsusiyyətlərindən biri olan Circle to Search əhəmiyyətli bir yenilik əldə edir. Artıq Circle to Search ilə Shazam kimi çalan musiqiləri tapmaq mümkün olacaq.

Samsung cihazlarında artıq Circle to Search-də yeni funksiya var və bu, musiqinin tanınmasıdır. Bu funksiya artıq bəzi Galaxy telefonlarında istifadə edilməyə başlandı. Bu funksiyadan istifadə etmək istəyən istifadəçilər Google tətbiqinin 15.32.37.28 versiyasına malik Samsung cihazından istifadə etməlidirlər. Ancaq bu kifayət deyil, çünki yeni funksiya bəzi istifadəçilər üçün hələlik aktivləşdirilib.
Telefonunuzda Circle to Search funksiyasını aktivləşdirdiyiniz zaman ekranda yeni musiqi notu işarəsi görünəcək. Bunun üzərinə kliklədiyiniz zaman musiqinin müəyyən edilmə prosesi avtomatik olaraq başlayır. Cihazın özündə səslənən musiqini və cihazınızın yaxınlığında səsləndirilən musiqini belə müəyyən etmək olar. Hətta mahnını oxusanız və ya sadəcə mırıldansanız belə işləyir.
Circle to Search-ə daxil edilən bu funksiya sayəsində istifadəçilər Shazam və ya Soundhound kimi proqramları quraşdırmaq məcburiyyətində olmurlar.
Mənbə: donanimhaber.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
