Bu gün:

Yasəmən çayının bilinməyən faydaları


Yasəmən Asiya qitəsinin tropik bölgələrində təbii şəkildə yetişdirilən ətirli bitkidir. Aramolı bitki deyildikdə ağla ilk gələnlərdən biri olan yasəmənin sağlamlıq üçün də bir çox faydaları var. Yasəmən bitkisi daha çox çay kimi insanlar tərəfindən sevilir.

Yasəmən çayının faydaları nələrdir?

Yasəmən çayı yüksək miqdarda antioksidant ehtiva edir. Bundan əlavə, bədənin immun sistemini də gücləndirir.

Bədxassəli xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

Ürək-damar sağlamlığının qorunmasında böyük təsiri var.

Yasəmən çayının qoxusu əsəblərinizi sakitləşdirib gərginliyi azaldır.

Xolesterolu normada saxlayır və ürək-damar xəstəlikləri üçün faydalıdır.

Gözəlliyə də təsir göstərən bu çay qocalma əlamətlərini gecikdirir.

Antiviral və antibakterial xüsusiyyətləri sayəsində qrip və soyuqdəymə müalicəsində istifadə olunur.

Maddələr mübadiləsini sürətləndirməklə arıqlamağa kömək edir.

Yasəmən çayını necə hazırlamaq olar?

Çayı hazırlamaq üçün 1 xörək qaşığı yasəmən otunu qaynadılmış su ilə bir çaydana töküb 5 dəqiqə dəmləyin. 5 dəqiqədən çox dəmləsəniz, dadı acı olacaq. 

Səhər yeməyindən əvvəl yasəmən çayı içmək həzm probleminizin də aradan qalxmasına kömək edəcək. Həmçinin axşam yeməyindən sonra və ya gün ərzində yeməkdən sonra qəbul edə bilərsiniz.

Yasəmən çayının fəsadları nələrdir?

Çayın miqdarından çox qəbul edilməsi bədəninizdə bəzi yan təsirlərə səbəb ola bilər. Tərkibindəki kofein  səbəbindən həddindən artıq qəbulunun yuxu pozğunluğu ilə nəticələnmə ehtimalı var.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et