Bu gün:

Parkları ziyarət etmək smartfondan ayrılmağa kömək etmir


İnsanlar parka yox, meşəyə səfər edərkən smartfondan istifadəni azaldırlar. Bu barədə Vermont Universiteti məlumat yayıb.

Bu araşdırma üçün müəlliflər iki il ərzində 700 könüllü iştirakçının smartfon fəaliyyətini izləyiblər. Bu, anonim məlumatları toplayan telefonlara quraşdırılmış jurnalların köməyi ilə həyata keçirilib. Eksperimentin birinci və açıq-aydın nəticəsi budur ki, gənclər telefondan küçədə olduğundan iki dəfə çox vaxt keçirirlər. Bundan əlavə, uzun müddətdir mövcud olan fərziyyələrin əksinə, parka baş çəkmək ekran vaxtını azaltmır, telefondan istifadəni daha da artırır.

“Keçmiş araşdırmalar şəhər parklarına qısa səfərlərin rəqəmsal “detoks” təmin edə biləcəyini göstərsə də, biz orada edilən mesajlaşmaların və telefon zənglərinin artdığını gördük. Eyni zamanda, insanların meşələrə və ya təbiət qoruqlarına səfərləri onlara texnologiya və smartfonlardan uzaq durmağa yardımçı oldu”, - deyə araşdırmanın müəlliflərindən biri olan Kelton Minor bildirib.

Smartfondan tez-tez istifadənin, xüsusilə, gənc nəsil arasında narahatlıq pozğunluğu, depressiya və yuxu problemləri hallarının artması ilə əlaqəli olduğu bilinir. Bu baxımdan həkimlər və psixoloqlar buna qarşı çıxmağın yollarını axtarırlar. Yeni araşdırmanın müəllifləri təklif edirlər ki, təbiəti müşahidə etməyin vizual və sensor təcrübəsi insanlara telefondan kənar həyata daha yaxşı diqqət yetirməyə kömək edir.

Mənbə: Gazeta.ru 

Tərcümə etdi: Günel Məmmədova

Paylaş
Şərh əlavə et