Bu gün:

Maqnezium tərkibli qidaların faydaları


Qidalanma və pəhriz üzrə mütəxəssis olan Çisem Gündüz insan orqanizmində həyati vacib minerallardan biri və orqanizmdə ən çox rast gəlinən 4-cü mineral rolunu oynayan maqnezium haqqında mühüm məlumatlar verib.

Dietoloq Gündüz sümüklərdə 50-60%, skelet əzələlərində 20%, digər toxumalarda 19% və hüceyrədənkənar mayelərdə isə 1%-dən aşağı olan maqneziumun bədənimiz üçün əhəmiyyətinin səbəblərindən bəhs edib. Həmçinin, 300-dən çox fermentin fəaliyyətini də buna misal çəkə bilərik.

Dietoloq gündəlik olaraq orqanizmimizə qəbul etdiyimiz maqnezium miqdarı azaldıqca onun sorulmasının artdığını, optimal səviyyədə alındıqda isə sorulmasının yavaşladığı haqqında da qeyd edib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, sağlam bir insanın gündə 280-350 mq aralığında maqnezium qəbul etməsinin vacibliyini qeyd edən Gündüz insanların adətən, qidadan kifayət qədər maqnezium aldığını və əlavə qidaların qəbuluna ehtiyac olmadığını söyləyib.

O, eyni zamanda, üyüdülməmiş taxıl məhsullarının istifadəsinin artırılmalı olduğunu, gündəlik qida rasionumuzda ağ çörək yerinə tam buğda, düyü əvəzinə bulqur çörəyinə üstünlük versək, orqanizmimizin maqnezium ehtiyacını tam şəkildə dəstəkləyəcəyimizi vurğulayıb.

İspanaq, arugula kimi tünd yaşıl yarpaqlı tərəvəzlər, fındıq, fıstıq, qoz, badam, bütün toxum və üyüdülməmiş taxıllar, quru lobya, noxudu aid etdiyimiz paxlalılar, soğan, yerkökü, kərəviz, qara turp kimi tərəvəzlər, həmçinin, xurma və banan kimi meyvələr maqnezium qaynağıdır və onların süfrələrdən əskik edilməməsi vacibdir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et