Bu gün:

Pixel 9 Türkiyədə satışa çıxarılacaqmı?


Google mühüm tədbir keçirdi və çoxdan gözlənilən yeni Pixel məhsullarını təqdim etdi. Made by Google adlı tədbirdə maraqla gözlənilən Pixel 9, Pixel 9 Pro, Pro XL, Pro Fold və Pixel Watch 3 kimi məhsullar rəsmi olaraq təqdim edildi. Çox yaxında Şimali Amerika və Avropa bazarlarında satışa çıxarılacağı açıqlanan bu yeni Pixel modelləri texnologiya dünyası tərəfindən maraqla qarşılanıb.

Pixel 9-un ABŞ və Avropa bazarlarına təqdim ediləcəyi açıqlandı, lakin təbii ki, bu iki telefonun satılacağı yeganə bölgə olmayacaq. Telefon yaxın həftələrdə müxtəlif ölkələrdə və bölgələrdə satışa çıxarılacaq. Bəs Pixel 9 Türkiyədə satışa çıxarılacaqmı? Bu gün açıqlanan məlumata görə, bu sualın cavabı “hə”dir.

Pixel 9-un Turkcell və Türk Telekom, həmçinin Vodafone kimi Türkiyədə fəaliyyət göstərən operatorlarla problemsiz işləməsini təmin edəcək kodlar Google tərəfindən bu yaxınlarda sistemə əlavə edilib. Bu onu göstərir ki, Google yaxın vaxtlarda Türkiyədə yeni telefonunu satışa çıxaracaq.

Ancaq Türkiyə bazarına yalnız standart modelin və bir neçə ay sonra bazara çıxması gözlənilən Pixel 9a kimi ucuz modellərin gəlməsi gözlənilir. Pixel 9 Pro, Pro XL və Pro Fold yəqin ki, Türkiyədə rəsmi kanallar vasitəsilə satılmayacaq. Yenə də Pixel 9 Türkiyə bazarında mövcud görünür.

Mənbə: CNN.turk

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et