
2060-cı ilə qədər eşitmə zəifliyi olan insanların sayının iki dəfə artacağı gözlənilir. Qulaqları qorumaq mövzusunda diqqətli olmaq lazım olduğuna dair xəbərdarlıq edən Dos. Dr. Selçuk Günəş, “Güclü səs qulağın xarici tük hüceyrələrinə zərər verir. Bunların zədələndikdən sonra canlandırmaq, bərpa etmək imkanı yoxdur. Ona görə də yüksək səsli konsertlər, partlayış və ya zərbə onlara ziyan vurduqda, geri dönüş yoxdur”- deyə xəbərdarlıq edib.
Bu barədə müxtəlif açıqlamalar verən Qulaq Burun Boğaz Mütəxəssisi Dos. Dr. Selçuk Günəş, “Anadangəlmə eşitmə itkiləri az-çox sabitdir. Bununla belə, yaşlı əhalinin sayı artdıqca eşitmə qabiliyyətini itirənlərin sayı da artır".
Dos. Dr. Günəş, “Yeni doğulmuş körpələrin müayinə proqramları həyata keçirilir. Bu keçmişdə yox idi. Bu, ümumi etibarlı testlərlə edilir. Bu çox gözəl bir şeydir, çünki eşitmə qüsuru ilə doğulan uşağı bir və ya iki yaşında reabilitasiya etdikdə o, normal insanlar kimi həyatına davam edə bilər".
Mənbə: CNN.turk
Tərcümə etdi: Fatimə Əsədzadə
