Bu gün:

Şüşə necə hazırlanır?


Şüşənin xammalı qumdur, lazım gəldikdə ona feldispat, dolomit, əhəngdaşı və soda kimi minerallar əlavə edilir. Şüşə bu qarışıqların sobalarda 1500 dərəcə kimi yüksək temperaturlarda əridilib formalaşdırılması ilə əldə edilən maddədir. Şüşə yalnız qumdan da istehsal oluna bilər, lakin əlavə edilmədən istehsal olunan şüşə çox kövrək bir quruluşa malikdir və istifadəsi çətindir.

Şüşə istehsalında istifadə edilən əsas material olan qum 1000-1500 dərəcə istilikdə sobalarda üyüdülür və əridilir. Ərimə temperaturu yüksək olduğu üçün qumdan əlavə əhəng və soda əlavə edilir. Bu materiallar şüşənin kövrəkliyini də azaldır. Rəngli şüşə istehsalında bu materiallara qızıl , uran və kobalt kimi maddələr əlavə edilir.

Kifayət qədər temperaturda bu qarışıqlar əriyir və maye konsistensiyasını əldə edir. Bu arada material üfürmə və presləmə kimi üsullarla formalaşdırılır. Üfləmə üsulları ümumiyyətlə dekorativ məhsullarda istifadə olunur. Maye şüşə polad boru ilə götürülür və üfürülür, onun şişməsinə və forma almasına şərait yaradır. İstədiyiniz formaya çatdıqda soyudulur.

Mənbə: milliyet.com.tr

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et