
Qırmızı şeytanlar bir sıra qaçırılan şanslardan sonra əsəbi bir başlanğıcla başlayacağı kimi görünəndə, Bolonyadan 36,5 milyon funt-sterlinqlik yay transferi ehtiyat oyunçular skamyasından çıxdı və cümə günü Fulhem üzərində 87-ci dəqiqədə atılan qələbə qolu ilə 1-0 qalib gəldi.
2023-24-cü il mövsümündən sonra bu, United menecerinin hər kəsə bu mövsüm hər şeyin fərqli olacağını göstərmək üçün ilk şansı olub. Bu evdə açılış günündə keçirilən heç-heçədən sonra çətin arqument olardı. Bunun əvəzinə, Ten Hag müsbətlər haqqında danışmaq fürsəti əldə edib və bunun çoxu Zirkzee ilə bağlı idi. Oyundan sonra Ten Haq deyib:
"Hücumçunun meydana girib ilk qolunu vurması çox yaxşıdır. Qələbə çox sevindiricidir. Mövsümə qələbə ilə başlamaq həmişə vacibdir. Biz heyət olaraq, komanda olaraq hazır deyilik, bir çox oyunçu tam hazır deyil. Bu komanda ilə cəmi 10 gün birlikdə məşq etdik. Mən bu komandadan daha çox şey gözləyirəm, amma bizim üzərində qura biləcəyimiz təməlimiz var. Performans yaxşıdır, təkmilləşdirmə üçün yer var, amma hesab edirəm ki, ümumi performans və oyun planının icrası çox yaxşı idi".
Mənbə: ESPN
Tərcümə etdi: Məhəmməd Qasımov
