Bu gün:

Süni intellekt tezliklə potensial sevgililərlə öncədən tanış olacaq


Bumble-qadınları ilk addımı atmağa təşviq edən şəbəkə və tanışlıq platformasıdır.

Hər bir platforma kimi, Bumble da süni intellekt dünyasında öz yolunu tapmağa çalışır, bu da chatbotların çoxaldığı bir dövrdə insanların bir-biri ilə qarşılıqlı əlaqəsini yenidən düşünmək deməkdir.

Bumble-ın təsisçisi və sədri Wolfe Herd, San-Fransiskoda Bloomberg Texnologiya Sammitində süni intellektin uyğunlaşma prosesini sadələşdirə biləcəyini söylədi:

“Bir bot sizin adınıza çoxsaylı namizədlərlə danışaraq özünüzü təqdim etmək mərhələsini tamamlayacaq və sizə tanış olmaq üçün hansı şəxsin görüşməyə dəyər olduğunu söyləyəcək.”

Mənbə: Eleanor Pringle

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et